C A S P I A N - B A K U - L O G I S T I C


Caspian baku logistic
Caspian baku logistic
Xidmətlər

Bizim xidmətlər

Xidmətlər

img

Beynəlxalq Yüklərin daşınması

Azərbaycanda daxili nəqliyyat üçün tam logistika xidmətlərini təqdim edirik. Biz Moskva və Avropaya 22 tona qədər yüklərin daşınması üçün nəqliyyat təqdim edirik. Bizim şirkət həmçinin Avropa və MDB ölkələri arasında həm birbaşa yüklərin aparılması həmdə tranzit yüklərin daşınmasını təşkil edir.

img

AĞIR YÜKLƏRİN DAŞINMASI

Bizim şirkət Gömrük bəyannəmələrin verilməsi, yüklər üçün nəqliyyatın təşkil edilməsi, ekspeditor xidmətinin və gömrük rəsmiləşdirilməsi xidmətinin göstərilməsini həyata keçirir. Bizim mütəxəssislər bütün formal maneələri dəf etməkdə sizə kömək edəcəklər. Şirkətimiz yükü müşaiyət edən sənədlərə, müqavilələrin düzgün rəsmiləşdirilməsinə və daşımanın bütün qaydalarına nəzarət edəcək.

img

TƏHLÜKƏLİ VƏ İRİ HƏCMLİ YÜKLƏRİN DAŞINMASI

"Caspian Baku Logistic" şirkəti istənilən ölçülü, həmçinin iri qabaritli və istənilən təsnifatlı təhlükəli yükləri tələb olunan yerə müvəffəqiyyətlə çatdırır. Şirkətimiz yük daşıma üzrə bütün əməliyyatları beynəlxalq standartların tələblərinə uyğun olaraq müvafiq qablaşdırma və tara ilə həyata keçirir.

img

Ölkədaxili yüklərin daşınması

Ölkədaxili yükdaşıma xidmətimiz çox sərfəli qiymətə peşəkar səviyyədə və zəmanətlə aparılır. Təcrübəli sürücülərimiz tərəfindən daşınması nəzərdə tutulmuş əşyalarınızın yüklənməsi, daşınması,boşaldılması prosesi tam təhlükəsiz şəraitdə həyata keçiriləcəkdir. Ən etibarlı yükdaşıma şirkətimizin ixtisaslı heyəti məhsullarınızın vaxtında çatdırılmasına zəmanət verirlər.

img

10

İL FƏALİYYƏTDƏYİK
Haqqımızda

10 illik təcrübəsi ilə fəaliyyət göstəririk

CASPİAN BAKU LOGİSTİC nəqliyyat-logistika şirkəti Azərbaycan bazarında 2012-cu ildən fəaliyyət göstərir

Biz Avropa və digər Asiya ölkələrindən mallar üçün Azərbaycanda nəqliyyat və gömrük rəsmiləşdirmə xidmətləri, habelə Azərbaycana daxili nəqliyyat üçün tam logistika xidmətləri təqdim edirik. Böyük təcrübəyə sahib olan şirkətimiz sizə qarşıya qoyulan vəzifələri həll etməyə və dünyanın ən böyük ölkəsində beynəlxalq səviyyədə müxtəlif logistika xidmətləri göstərməyə kömək edəcəkdir.

5 dəqiqəyə nəqliyyat xərcini hesablayınnəqliyyat daşınmasını sifariş et!

NİYƏ MÜŞTƏRİLƏRİMİZİN 80% BİZİM DAİMİ MÜŞTƏRİYƏ ÇEVRİLİR?

Nəqliyyat və logistika xidmətlərinin bütün çeşidi

ÇOX SƏRFƏLİ QİYMƏTLƏR

HƏR SİFARİŞ ÜÇÜN PERSONAL MENECER

yüklərinizin vaxtında və təhlükəsiz çatdırılması

Yükünüzün hüquqi təminatı

Bir klik ilə

ELƏ İNDİCƏ DAŞINMANI SİFARİŞ EDİN

img
img
img
img

CASPİAN BAKU LOGİSTİC

CASPİAN BAKU LOGİSTİC şirkəti Azərbaycanda yük daşımalarının təcrübəli operatorudur.

Şirkətimiz sənayenin ən iri quru nəqliyyat donanmasından istifadə edir və yanacaq, avadanlıq, materiallar və yüklərin Azərbaycan daxilində daşınması imkanlarına malikdir. Biz ildə 365 gün, həftənin 7 günü, günün 24 saatı xidmət göstəririk və bütün nəqliyyat vasitələrimiz təcrübəli mütəxəssislər tərəfindən idarə edilir, GPS izlənmə və naviqasiya ilə təmin edilmişdir. Bundan başqa, ”Caspian Baku Logistic” MMC şirkəti hər bir işin asanlıqla, səmərəli şəkildə, vaxtında və büdcə çərçivəsində həyata keçirilməsini təmin etmək üçün təcrübəli layihə koordinatorlarından ibarət komanda təklif edir.

Şirkətimiz Globtel Navigator sistemi ilə təchiz edilmişdir.

TƏRƏFDAŞLARIMIZ